Gələn il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiqlənib

Əmək Məcəlləsinə uyğun olaraq bayramqabağı günlərdə iş saatı norması 1 saat azaldılır

Source:


Əmək Məcəlləsinə uyğun olaraq bayramqabağı günlərdə iş saatı norması 1 saat azaldılır

Gələn il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiqlənib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən bu göstəricilər hüquqi statusundan asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda əmək qanunları məcəlləsinin tələblərinə uyğundur.

Beləliklə, qeyri-iş günləri bunlardır: 1-2 yanvar, 20 yanvar, 8 mart, 20-24 mart, 9 və 28 may, 15 və 26 iyun, 6-7 iyul, 12-13 sentyabr, 9 noyabr və 31 dekabr. Bayram günlərinin istirahət günlərinə düşməsilə əlaqədar həftədə 5 gün çalışanlar üçün  25 mart, 30 may, 27 iyun, həftədə 6 gün çalışanlar üçün 25 mart və 27 iyun qeyri-iş günləri elan edilib.

Əmək norması həftədə 40 saat və ya gündə 8 saat həddində müəyyən edilib. Əmək Məcəlləsinə uyğun olaraq bayramqabağı günlərdə iş saatı norması 1 saat azaldılır.

Gələn il uzun il olacaq və 366 təqvim günündən ibarətdir. Bunun 243-ü iş günüdür.

Ana səhifəXəbərlərGələn il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiqlənib