Gürcüstanda güclü yağış kəndlərdə fəsadlar törədib, insanlarla əlaqə kəsilib

Marneulidə bazar sel suları altında qalıb

Gürcüstanda mayın 25-dən yağan güclü yağışlar bölgələrə  ziyan vurub. Sel suları əsasən azərbaycanlılar yaşayan Marneuli, Dmanisi, Bolnisidə əhaliyə problemlər yaradıb.

Gecəboyu yağan güclü yağış nəticəsində Xram və Debet çayları daşaraq məcrasından çıxıb. Sel sularının çay hövzəsinə yaxın ərazilərdə kommunikasiya xətlərinə, yol infrastrukturuna, habelə vətəndaşların şəxsi təsərrüfatlarına və evlərinə ciddi ziyan vurduğu bildirilir.

Yerli sakinlərin Meydan TV-yə verdiyi məlumata görə, Marneuli bazarı da sular altında qalıb və bazara giriş bağlanıb. Bəzi kəndlərdə insanlarla əlaqə kəsilib, xəbər almaq mümkün deyil.

Gürcü sinoptiklər qeyri-sabit hava şəraitinin bu gün də davam edəcəyini bildirirlər. Sabahdan etibarən isə yağıntının ara verəcəyi proqnozlaşdırılır. Gürcüstanın aiddiyatı qurumlarından rəsmi açıqlama hələlik yoxdur.

Ana səhifəSosialGürcüstanda güclü yağış kəndlərdə fəsadlar törədib, insanlarla əlaqə kəsilib