Füzulidə 3 nəfərin sərhəddi pozduğu bildirilir

“Digər sərhəd pozucularının aşkarlanaraq saxlanılması məqsədilə hadisənin baş verdiyi ərazi sərhəd xətti boyunca qapadılıb”.

Source: Specify Source

DSX: “Onlardan biri saxlanılıb, digərləri qaçmağa nail olub”

Sentyabrın 8-də 3 İran vətəndaşının Azərbaycan sərhədini pozduğu bildirilir. Hadisənin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında qeydə alındığı deyilir.

Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluğun birgə yaydığı

məlumat

da belə açıqlanır.

Bildirilir ki, həmin şəxslər hərbçilərin “dayan” komandasına və havaya açdıqları xəbərdarlıq atəşinə məhəl qoymayıblar. Nəticədə, sərhədçilər onlara atəş açmalı olub:

“Açılan atəş nəticəsində həmin şəxslərdən 1-i yaralanıb, digər 2 nəfər isə qaranlıqda meşəyə qaçıb. Qolundan yüngül yaralanan 40 yaşlı Mirağa Zəmani Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”.

DSX saxlanılan şəxsin çantasına baxış zamanı təxmini çəkisi 11 kiloqram 770 qram olan narkotik vasitəyə bənzər maddə də tapdığını bildirir. Əlavə edir ki, hadisə barədə İran tərəfini məlumatlandırıblar:

“Digər sərhəd pozucularının aşkarlanaraq saxlanılması məqsədilə hadisənin baş verdiyi ərazi sərhəd xətti boyunca qapadılıb”.

Faktla bağlı Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1, 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1 (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Ana səhifəSiyasətFüzulidə 3 nəfərin sərhəddi pozduğu bildirilir