Fərman Ceyranlıya hökm oxundu

Cərrah həbsinin siyasi sifariş olduğunu deyib

Source:


Cərrah həbsinin siyasi sifariş olduğunu deyib

Fevralı 8-də Tbilisi Şəhər Məhkəməsi Gürcüstanda həbs olunan azərbaycanlı cərrah, “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlıya hökm oxuyub. Cərrah 6 il azadlıqdan məhrum edilib.

Məlumatı hazırda Tbilisidə olan jurnalist Xəyal Əzizov verib.

Məhkəmədə son sözlə çıxış edən Fərman Ceyranlı həbsini “siyasi sifariş” adlandırıb.

F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

O, ötən il mayın 22-də həbs

edilib

.

Ötən ayın sonunda cərrahın hüquqlarını müdafiə edən vəkillər F.Ceyranlının həbsi ilə bağlı bəyanat yaymışdılar. Həmin bəyanatda deyilirdi ki, Fərman Ceyranlı siyasi sifarişlə həbs olunub. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki “Lancet”də müayinə və müalicəsinə şərait yaratmasıdır.

Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, burda təhsil alıb və işləyib.

1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

Ana səhifəXəbərlərFərman Ceyranlıya hökm oxundu