Əsgərini intihara vadar edən ordu

Son bir həftədə Ağdaş rayonundan iki əsgər orduda həlak olub. Onların hər ikisinın də qeyri-döyüş şəraitində, ordudakı işgəncələr səbəbindən həlak olduqları bildirilir. Valideynlər belə iddia edir. Müdafiə Nazirliyi və Dövlət Sərhəd Qoşunları isə başqa səbəblər gətirir. Adəti üzrə valideynlərə olduğu kimi, cəmiyyətə də dolğun məlumat verilmədiyindən orduda baş verənlər öz ətrafında müəmmaları artırır ki, azaltmır. 2013-cü ilin yanvarından bu günə kimi mediaya məlum olan faktlara əsasən il ərzində təhlükəsizlik və müdafiə sektorunun itkilərnin 65 nəfər olduğu bildirilir. Onlardan 56 nəfəri qeyri-döyüş itkiləridir. Həlak olanlardan 15 nəfəri intihar edib, 7-si isə xəstəlikdən dünyasını dəyişib. Ötən müddətdə 73 nəfər yaralanıb və ya xəsarət alıb. Onlardan yalnız 7-si erməni gülləsindən ziyan görüb. Yaralananlardan 5-i isə intihara cəhd edib.

Ana səhifəVideoƏsgərini intihara vadar edən ordu