Emanuel Makron Suriyaya səfəri zamanı sui-qəsdə məruz qalıb

Fransa Prezidenti Emanuel Makron Suriyaya səfəri zamanı sui-qəsdə məruz qalıb.

Hücum Makronun Dəməşqdə qaldığı  “Four Seasons” otelinin yanında baş verib.

İlkin məlumata görə, oteli qoruyan Suriya Təhlükəsizlik Qüvvələrinin 4 əməkdaşı partlayış nəticəsində həyatını itirib. 

Partlayışlar minalanmış avtomobil və otel yaxınlığındakı zibil qabında baş verib. 

Hücumdan bir neçə dəqiqə öncə Makronun korteji hadisə yerini tərk edib.

Dəməşq şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi yollar bağlanıb. 

Bu, Makronun prezidentliyi dövründə Suriyaya etdiyi ilk səfəridir. 

Makrona prezidentliyi dövründə bir neçə dəfə hücum cəhdi olub.

Onlardan ən yadda qalanı 2021-ci ilin iyununda ultra-sağçı Damyen Tarel tərəfindən sillələnməsi olub. 

Həmin ilin sentyabrında Makrona yumurta atmışdılar.

Ana səhifəXəbərlərEmanuel Makron Suriyaya səfəri zamanı sui-qəsdə məruz qalıb