Əlilin dəri səthinin 60 faizi yanıb

45 yaşlı Yevlax sakini Nizami Kərimov ona ünvanlı sosial yardımın verilməməyinə görə Sosial Müdafiə Fondunun qarşısında özünü yandırıb. Nizami Kərimov anadangəlmə 3-cü qrup əlildir.  Onun üç övladı var. Qardaşı Fəxrəddin Kərimov Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Xəstə 1 gün Yevlax Şəhər Xəstəxanasında müalicə alandan sonra Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə gətirilib. N.Kərimovun həkimi Vüqar Ələkbərov, xəstənin vəziyyətinin ağır olduğunu və dəri səthinin 60 faizinin yandığını bildirib.

Ana səhifəVideoƏlilin dəri səthinin 60 faizi yanıb