Əli Məsimli: Digər xərclər də qalxacaq, aşağı təbəqənin həyatı daha da çətinləşəcək

“Sahibkara istənilən səviyyədə yardım göstərmək mümkün deyil”.

Source: Foto: Azertac


Parlamentdə “Azəriqaz”, “Azərsu” və Operativ Qərargah tənqid edilib

“Sayğaclar dəyişdiriləndən sonra qaz sərfiyyatı çox olur”.

Milli Məclisin fevralın 12-də keçirilən plenar iclasında deputat Azay Quliyev belə deyib.

O bildirib ki, bu problemlə bağlı şikayətlər daxil olur və sosial şəbəkələrdə də məsələ çox müzakirə edilir: “Azəriqaz” QSC-nin rəhbərliyi bununla bağlı açıqlama versə də, problem olduğu kimi qalır. Təklif edirəm ki, biz bunun həllini tapaq”.

Deputat “Azəriqaz”ın rəhbər şəxslərinin təmsil olunduğu İşçi Qrupun yaradılmasını, şikayət edən vətəndaşların da İşçi Qrupda təmsil olunmasını təklif edib:

azay_guliyev_190515_02.jpg
Azay Quliyev

“Yaxşı olar ki, dövlət təşkilatlarında problemin araşdırılması üçün ictimai şuralar yaradılsın”.


"Pullu testlərin qiymətləri endirilməlidir”

Deputat Əli Məsimli Milli Məclisdə ölkədə koronavirusla bağlı vəziyyətə dair dinləmə keçirilməsini müsbət qiymətləndirib. O qeyd edib ki, bu böyük tədbirin praktiki əhəmiyyətini artırmaq üçün qaldırılan məsələlər həllini tapmalıdır.

Ə.Məsimli vurğulayıb ki, xüsusilə pulsuz testlərin istifadə dairəsinin genişləndirilməsi, pullu testlərin qiymətlərini 2-3 dəfə endirilməsi həll olunmalıdır”.

Deputat pensiya artımı məsələsinə də toxunub:

“Pensiyaların artması müsbət hadisə olsa da, paralel olaraq qiymətlər də artır. Bunun qarşısı alınmalıdır. Dövlət strukturu olan “Azərsu” da qiymətləri iki dəfə qaldırıb və hələ son deyil. Digər xərclər də qalxacaq və bu, aşağı təbəqə insanların həyatını daha da çətinləşdirəcək. Bu təşkilatların təsərrüfatsızlığının əvəzini Azərbaycan xalqı ödəməməlidir. Bunlarla bağlı tədbirlər görülməlidir”.”.

40219-1542102846.jpg
Əli Məsimli


Zahid Oruc: “Köhnələr və yenilər” bölgüsünün məqsədi süni qarşıdurmalar yaratmaqdır”

Deputat Zahid Oruc deyib ki, Prezidentin bəzi məmurları tənqid etməsi cəmiyyətdə böyük əks-səda doğursa da, bəzilərinin onun fikirlərini təhrif edərək bütün məmurlara qarşı nifrət yaratmaq istəməsi doğru deyil:

“Artıq Qarabağ məsələsi həll olunduğu üçün bu kimi məsələlərə əl atıblar. İndi informasiya məkanımızda tüğyan edən “köhnələr və yenilər” kimi bölgüləri ortaya atanların məqsədi süni qarşıdurmalara səbəb olmaqdır. Dövlət başçısının tənqidi siqnaldır. Amma bu, ilk dəfə deyil. 3-5 nazir dövlət demək deyil”.

modern.az_zahid_oruc_891.jpg
Zahid Oruc

Deputat Naqif Həmzəyev deyib ki, Gəncədə kanalizasiya tikintisi öz həllini tapmır:

“Əksinə, bununla bağlı işlər Gəncədəki yollara böyük ziyan vurub. “Azərsu” bu problemlə əlaqədar Gəncə əhalisinə hesabat versə, yaxşı olar”.

Fazil Mustafa: “Operativ Qərargah bəzi qərarlarına düzəliş etməlidir, minlərlə insanın vəziyyəti ağırdır”

Deputat Fazil Mustafa deyib ki, insanların maddi vəziyyətinin ağırlaşması ilə əlaqədar Operativ Qərargahın bəzi qərarlarına düzəliş edilməli, bir çox fəaliyyət sahələri bərpa edilməlidir:

fazil mustafa 2504.jpg
Fazil Mustafa

“Sahibkara istənilən səviyyədə yardım göstərmək mümkün deyil. Ölkədə tikinti məhsullarının qiyməti son 1 ildə 30-40% qalxıb. İdman yerlərini bağlayıblar. Burada hansı yoluxma təhlükəsi var? Yüzlərlə, minlərlə insanın vəziyyəti ağırdır. Yaxud paltar, ayaqqabı satılan yerləri bağlayırlar-açırlar. Hansı ki, ora gün ərzində 10-20 nəfər girə, ya girməyə. Bir çox sahələri açmaq lazımdır. İnsanları bu vəziyyətdə qoymaq olmaz. Həmin yerlərdə çalışan insanlar işləmir".

Ana səhifəSosialƏli Məsimli: Digər xərclər də qalxacaq, aşağı təbəqənin həyatı daha da çətinləşəcək