Əli Həsənov iş adamlarının həbsindən danışdı

“Məhkəmə göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox”

Source:


“Məhkəmə göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iş adamlarının tutulması məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, Ə.Həsənov bildirib ki, iş adamları müəyyən əməllər üzrə ittiham olunur: “Araşdırmalar, məhkəmə prosesləri göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox”.

Ə. Həsənov deyib ki, prezident İlham Əliyev dövlətin iş adamlarını dəstəklədiyini bir daha vurğulayıb.

Ana səhifəXəbərlərƏli Həsənov iş adamlarının həbsindən danışdı