Dünya Xədicənin səsindən məhrum olmamalıdır

ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Samantha Power öz Twitter səhifəsində Xədicə İsmayıl barədə yazıb

Source:


ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Samantha Power öz Twitter səhifəsində Xədicə İsmayıl barədə yazıb

“Mərd Azərbaycan jurnalisti Xədicə İsmayıl 7 il yarım həbs cəzası alıb. Dünya onun səsindən məhrum olmamalıdır”.

ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Samantha Power öz Twitter səhifəsində belə yazıb.

O, öz fikrini #FreeThe20 həştəqi ilə paylaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl barəsində sentyabrın 1-də hökm çıxarıb, onu 7 il yarım müddətinə azadlıqdan məhrum edib.

Bir çox beynəlxalq qurumlarla yanaşı, ABŞ Dövlət Departamenti hökmü pisləyib, Azərbaycan hökumətini Xədicə İsmayılı və digər vicdan məhbuslarını dərhal azad etməyə çağırıb.

azadliq.org

Ana səhifəXəbərlərDünya Xədicənin səsindən məhrum olmamalıdır