Dollar 0,02 faiz bahalaşdı, avro isə 0,42 faiz ucuzlaşdı

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0157 manat olub

Source:


Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0157 manat olub

Bu gün sentyabrın 2-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bahalaşıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 3-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən günlə müqayisədə 0,0002 manat və ya 0,02 faiz artaraq 1,0481 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,005 manat və ya 0,42 faiz azalaraq 1,1763 manata enib.

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0157 manat olub.

Ana səhifəXəbərlərDollar 0,02 faiz bahalaşdı, avro isə 0,42 faiz ucuzlaşdı