“Disney”in Rusiya kinoteatr bazarından tamamilə çıxacağı deyilir

“Disney”. Foto: Ivan Marc/shutterstock

Şirkət bu etirazını Ukraynaya dəstək kimi əsaslandırır

“The Walt Disney Company” aprelin 7-dən Rusiya kinoteatrlarında bütün filmlərinin yayımını tamamilə dayandıra bilər.

“The Walt Disney Company” hələ martın əvvəlində Rusiyada yeni filmlərin nümayişini, həmçinin video xidmətlər üçün layihələrin lisenziyalaşdırılmasını dayandırmışdı.

Şirkət Rusiyada fəaliyyət göstərən “Lucasfilm”, “MARVEL”, “Pixar”, “Maker Studios” və başqa studiyaların əməkdaşlarına öz iş yerlərində qalacaqlarını, əməkhaqlarını alacaqlarını bildirmişdi.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır.

Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən, teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Ana səhifəMədəniyyət“Disney”in Rusiya kinoteatr bazarından tamamilə çıxacağı deyilir