DİN: Sürücünün iddiaları əsassızdır

Nazirlik Emin Əliyevin tibbi maska ilə bağlı səsləndirdiyi fikirləri və digər iddiaları əsassız adlandırıb.

Source:


Nazirlik şikayətə münasibət bildirib

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) dekabrın 21-də Meydan TV-nin “Facebook” səhifəsində şikayəti yayımlanan sürücü Emin Əliyevin söylədiklərinə reaksiya verib.

Nazirlik Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda sürücünün cərimələnməsi ilə bağlı yayılan görüntülərini Gəncə şəhər Baş Polis İdarəsində araşdırıldığını bildirib.

DİN qeyd edib ki, dekabrın 17-də Emin Əliyev sürdüyü “Kamaz” markalı yük avtomobili ilə müvafiq icazəsi olmadan hərəkət etdiyi üçün stasionar polis postunda saxlanılıb:

“Polisin qanunu tələblərinə əməl etməyən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxs barəsində qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 200 manat miqdarında cərimə olunub”.

Nazirlik Emin Əliyevin tibbi maska ilə bağlı səsləndirdiyi fikirləri və digər iddiaları əsassız adlandırıb.

Ana səhifəSosialDİN: Sürücünün iddiaları əsassızdır