Deputat Fəttah Heydərov vəfat edib

“Şərəf nişanı” ordeni (1975) və medallarla təltif edilib.

Source: google.az


İlkin məlumata əsasən I Fəxri xiyabanda dəfn ediləcək

Azərbaycan Milli Məclisinin deputatı Fəttah Heydərov avqustun 4-də vəfat edib.

1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunda doğulan Fəttah Heydərov 5 çağırış 116 saylı Qəbələ seçki dairəsinin deputatı olub.

O, 1959-1964 illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.

Fəttah Heydərov 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR mədəniyyət naziri işləyib.

O, 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı seçilib. “Şərəf nişanı” ordeni (1975) və medallarla təltif edilib.

Fəttah Heydərov Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.

İlkin məlumata əsasən I Fəxri xiyabanda dəfn ediləcək.

Ana səhifəSiyasətDeputat Fəttah Heydərov vəfat edib