Baş nazir yeni qərar imzalayıb
Xüsusi sərtləşdirilmiş karantin rejimi Goranboy və Göygöl rayonlarına da şamil edilib.
İyulun 8-də Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejimini sərtləşdirilib.
Qeyd olunan şəhər və rayonlarda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.