Daha 3 həkim koronavirusun qurbanı oldu

Onun həyatını xilas etmək mümkün olmayıb.

Source: google.az


Həkimlər virusa yoluxan tibb işçiləri üçün xəstəxana ayrılmasını istəyirlər

Azərbaycanda daha 3 həkim koronavirusa yoluxaraq vəfat edib.

Bu barədə Meydan TV-yə həkimlərin yaxınları məlumat veriblər.

Həyatını itirən həkimlərdən biri Klinik Tibbi Mərkəzin ("Semaşko) reanimatoloqu Südabə Həsənovadır. Həkim viruslu xəstələri müalicə edərkən yoluxmuşdu. Yaxınları bir neçə dün əvvəl vəziyyəti ağır olduğundan onun ECMO cihazına qoşulması üçün müraciət

etmişdi

.

Untitled_design_21_XfGBOVz.width-1024.png
Südabə Həsənova

Koronaviruslu xəstələrin müalicəsində iştirak edən daha bir həkim -Biləsuvarda cərrah kimi işləyən Elman Həsənov virusa yoluxub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Masallı rayonunda işləyən həkim Zabit Talıbov 2 həftəlik mübarizədən sonra koronavirus səbəbindən vəfat edib.

Tanınmış həkimlər isə sosial şəbəkə üzərindən müraciət edərək yoluxan tibb işçiləri üçün xəstəxana ayrılmasını istəyiblər. Əks halda ciddi həkim çatışmazlığı ilə bağlı xəbərdarlıq edilib.

Msələyə məsul olan TƏBİB-dən Meydan TV-nin heç bir sualı cavablandırılmır.

Ana səhifəSosialDaha 3 həkim koronavirusun qurbanı oldu