Cüneyt Arkın vəfat edib

Cüneyt Arkın. Mənbə: “hurriyet.com.tr”

85 yaşlı aktyorun ürəktutmasından keçindiyi bildirilir

Türkiyənin kino aktyoru Cüneyt Arkın 85 yaşında vəfat edib.

Gecə səhhəti pisləşən aktyor xəstəxanaya çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

“Liv Hospital”ın açıqlamasında bildirilir ki, aktyor ürəktutmasından keçinib.

Cüneyt Arkın 2009-cu ildə onurğasında sinir sıxılması səbəbindən üç aya yaxın xəstəxanada müalicə olunub.

Əsl ad soyadı Fahrettin Cüreklibatırdır.

1937-ci ildə Əskişəhərdə doğulub.

1961-ci ildə İstanbul Tibb Fakültəsini bitirib.

Hərbi xidməti başa vurduqdan sonra Adana və ətraflarında həkim vəzifəsində çalışıb.

İlk dəfə 1964-cü ildə rejissor Halit Refiqin “Gurbet kuşları” filminə çəkilib.

Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla onlarla filmdə tərəfmüqabili olmuş aktyor “Koroğlu”, “Malqoçoğlu Cem Sultan”, “Haqq yolu”, “Dəli Yusif”, “Dünyanı xilas edən adam”, “Quruluş: Osman” filmlərindəki rolları ilə məşhurlaşıb.

Cüneyt Arkın “Yeşilçam”ın (Türkiyə kino sənayesi) korifeylərindən sayılır.

Ana səhifəMədəniyyətCüneyt Arkın vəfat edib