COVİD-19

Mənbə: arxiv

Başlıq: COVİD-19

Covid-19 böhranından sonra Honq-Konq sularında delfinlərin sayı artıb

Hazırda tədqiqatçılar delfinlərin qorunmasına çalışır

Covid-19 böhranına görə yüksək sürətli qayıqların hərəkəti dayandırıldığı üçün bir neçə həftə ərzində delfinlər yenidən Honq-Konq sularına qayıdıb.

“Guardian” xəbər verir ki, hazırda tədqiqatçılar delfinlərin qorunmasına çalışır və rəsmiləri su hərəkətinin bərpası zamanı qayıqların istiqamətinin dəyişdirilməsinə çağırır.

Çinin ağ və çəhrayı delfinləri olaraq bilinən Hind-Sakit okean delfinləri Sədəf çayı hövzəsinə aiddir, lakin yüksək sürət qayıqlarının hərəkətinin artmasına görə adətən Honq-Konq və Makao arasındakı sulardan çəkinirlər.

Tədqiqatçılar qeyd edirlər ki, pandemiya su nəqliyyatının hərəkətini azaltdığı üçün delfinlərin martdan bəri 30 faiz artımı müşahidə edilir.

St Andrews Universitetinin baş tədqiqatçı elmi işçisi Dr. Lindsay Porter “Guardian”a deyib ki, o, Honq-Konq və Makaonun sərhədləri bağlandıqdan bir müddət sonra müşahidə aparıb və delfinlərin sayının artdığını görüb.

“Mən bu delfinləri 1993-cü ildən bəri öyrənirəm və əvvəllər bu cür dəyişikliyə bənzər bir şey görməmişəm. Dəyişən yeganə şey səyahət etməyi dayandıran 200 qayıq olub”.

Yerli Honq-konqlular tədqiqatçının komandasına araşdırmasını aparması üçün bir yaxta və qayıq veriblər və o deyir ki, delfinlər daha çox ünsiyyət qurmağa və oynamağa açıq heyvanlardır.

“Honq-Konq delfinləri normal olaraq kənarlarda yaşayırlar, streslidirlər, vaxtlarını yemək və istirahətə sərf edirlər. Yəni onların oynadıqlarını, əyləndiklərini görmək həqiqətən çox heyrətamiz idi”.

Porter deyib ki, hazırda sualtı araşdırmaların növbəti mərhələsi olaraq onlar yüksək trafikli Coviddən əvvəlki və indiki səsləri müqayisə etməklə məşğuldurlar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8hrlem

Ən çox baxılan