“Cənab Əliyev buna sonacan tab gətirə bilməz”

“The Washington Post” “Azərbaycandakı repressiya həqiqətdir” yazdı

Source:


“The Washington Post” “Azərbaycandakı repressiya həqiqətdir” yazdı

“The Washington Post”-da Azərbaycandakı repressiya ilə bağlı növbəti yazı dərc olunub. Meydan TV “The Washington Post” redaksiyasının mövqeyi kimi dərc olunan həmin yazını təqdim edir:

“Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu yaxınlarda “Azərbaycan – Tolerantlıq Diyarı” adlı foto-sərginin açılışı üçün Parisə gəlmişdi. Müxbirlərdən biri soruşdu ki, doğrudanmı Azərbaycan siyasi məhbusların həbs olunduğu yer yox, məhz sizin qeyd etdiyiniz yer kimidir? “Necə belə düşünə bilərsiniz?” – deyə Mehriban Əliyeva acıdillə cavab verdi. “Bu, belə deyil” – dedi və müxbirə düzgün məlumat əldə etməyi tövsiyə etdi. Daha sonra müxbir birinci xanımdan insan hüquqları üzrə vəkil Leyla Yunus və jurnalist Xədicə İsmayılovanın həbsi barəsində fikri bildirməyi xahiş etdi. Cavab yoxdur. Birinci xanım arxasını döndü, mühafizə jurnalisti ordan uzaqlaşdırdı.

Əgər Mehriban Əliyeva doğru məlumat istəyirsə, əri, prezident İlham Əliyevlə birgə sentyabrın 10-da Azərbaycanın qəbul etdiyi Avropa Parlamentinin qətnaməsini oxumalıdır. Qətnamədə deyilir ki, ötən bir neçə ildə Azərbaycanda insan haqlarının vəziyyəti ciddi şəkildə pisləşib, hüquq müdafiəçiləri, jurnalistlər repressiya və hədə-qorxuya məruz qalır. Qətnamədə deyilir: “2006-cı ildən bəri Bakının mərkəzində dinc etirazlara qadağa qoyulub”. Jurnalistlər mütəmadi olaraq hədə-qorxuya məruz qalır. Onların arasında Meydan TV-nin təsisçisi Emin Millini ölümlə təhdid ediblər.

Doğru məlumata daha çox ehtiyac var? Bir neçə gün əvvəl Azərbaycan ATƏT-in Bakı Ofisinin fəaliyətinə xitam verdi, insan hüquqları və demokratiya monitorinqini aparan digər bir təşkilatın fəaliyyətini məhdudlaşdırdı. Avropa Parlamentinə görə, “Azərbaycan ötən 10 ildə Avrasiyada demokratik idarəetməz sahəsində ciddi geriləmə yaşayıb” və insan hüquqları məsələsində Avropa Birliyi ilə baş tutan dialoq arzuolunan nəticəni verməyib. Azərbaycan barədə qətnamə qəbul olunandan sonra hökumət, Avropa Komissiyasının Azərbaycanla planlaşdırılan strateji əməkdaşlığı müzakirə etmək üçün göndəriləcək nümayəndə heyətini ölkəyə buraxmayıb. Bir neçə gün sonra cənab Əliyev, Bakıda bir neçə məktəb şagirdləri ilə görüşə qatıldı. Görüşdə qeyd edildi ki, bəzi düşmən qüvvələr Azərbaycanı təsir altına salaraq öz maraqlarını diktə etmək istəyirlər. “Bu gün Azərbaycan etibarlı əllərdədir, heç kim siyasətimizə təsir edə bilməz, təzyiq edə bilməz” – deyə o əlavə etdi. Avropadakı qaçqın böhranına işarə edərək azəri gücadamı üzünü avropalılara tutdu: “Hanı sizin tolerantlığınız, sizin səxavətiniz? Hanı sizin dəyərləriniz?”. Cənab Əliyev zənn edirdi ki, xairci tənqidlərə məhəl qoymadan daxildə insan hüquqlarını pozacaq. Xaricə milyonlarla dollar xərcləyərək dəstək qazanmaq istəyirdi. Ondan daha artığını Avropa Oyunlarına xərcləyərək insan haqlarının pozulmasını gizlətməyə çalışdı. Lakin cənab Əliyev buna sonacan tab gətirə bilməz. Xanım Yunusun və əri Arifin, xanım İsmayılovanın qorxunc rəftara məruz qalmağı böyük rezonans doğurdu və Parisdəki dəbdəbəli foto-sərgi ilə bunu ört-basdır etmək mümkün olmayacaq”.

Ana səhifəXəbərlər“Cənab Əliyev buna sonacan tab gətirə bilməz”