Cəmil Həsənlinin mitinqində YAPın təxribatı

Oktyabrın 4-də Cəmil Həsənli seçiciləri ilə Sabirabadda keçirdiyi görüşdə bir qrup YAP-çı mitinq ərazisinə gələrək mane olmağa, müxtəlif təxribatlarla tədbiri pozmağa çalışıblar. Onlar tədbirin əvvəlində mübahisələr yaratmaqla provakasiyaya çalışırdılarsa, sonda daşa-dalaşa səbəbkar oldular. Sabirabad sakinləri bu şəxslərin yerli icra orqanları tərəfindən bir-iki manat pul müqabilində təxribata cəlb olunduqlarını deyirlər. Maraqlıdır ki, hadisə yerindəki polis əməkdaşları onların qarşısını almaq əvəzinə baş verənləri işıqlandırmaq istəyən jurnalistlərə təzyiqlər ediblər. Olay zamanı döyülən, kamerası əlindən alınan və ya sındırılan jurnalistlər də oldu.

Ana səhifəVideoCəmil Həsənlinin mitinqində YAPın təxribatı