Bu, sizi təhqir eləmir?

Bəs, bizim Azərbaycanımızda şərəf və vicdanımız bu gün haralardadır?!

Source:

Vaxti ilə  qədim Roma şairi belə bir söz deyib:”Tale kimi məhv etmək istəyirsə, onun ağlını əlindən alır”. Bu dahi sözləri anlamaq üçün uzağa getmək lazım deyil. Yetər ki, biz baxaq öz doğma Azərbaycanımıza və burada olan abu-havaya. Bizdə olan sulalə Əliyev rejiminə, o sülalə ki, 20 ildir, bu hakimiyəti zəbt edib və milləti döndərib öz qullarina. Bu sözlərə  etiraz edənlərdən isə aşağidakı suallarima cavab verməyi xahiş edirəm:

1. Hansı əsaslarla Heydər Əliyevi, kecmiş KQB generalını, ömrü boyu sovet rejimin əleyinə çıxan insanlarla vuruşan və müsavat ideyalarına nifrət edən bir şəxsi Azərbaycanda bu gün məcburən “milli öndər” adlandırırlar? Bəs onda ADR-in banisi, rəhmətlik  Məmməd Əmin Rəsulzadə kimdir? Bu, sizi təhqir eləmir?

2. Bu gün, Heydər Əliyevdən sonra, onun tarixi roluna görə, ikinçi yerdə onun oglu İlham təblig olunur, o oğul ki, ömrü boyu yeyib-icib kef edirdi,  qumarxanalardan başı ayırmırdı, ali təhsil diplomunu isə atasının sayəsində alıb. Bəs bizim millətimizin başqa tarixi şəxsiyətləri harda qaldı? Bu, sizi təhqir eləmir?

3. Üçünçü yerdə, tarixi roluna görə bu gün Azərbaycanda, Əliyevlər ailəsinin gəlini Mehriban xanım təbliğ olunur. O Heydər Əliyev adına fonda rəhbərlik edir. Fond isə bu gün bütün korrupsiya mexanizminin başında duran təşkilatdır. Sual verən yoxdur ki: “Bəs, bu fondun milliardlarla pulları hardandir? Bir də, nəyə görə millətdən ogurlanmış pulları xərcləyənlərə mesenatliq deyirlər? Bizdən ogurlayıb, bizlərə hələ də bunu “minnət” kimi yedizdirirlər? Bəyəm,  Hacı Zeynalabdın Tağıyev,  yaxud Musa Nağıyev  mesenatliq edəndə,  belə haram pullarla edirdilər? Bu, sizi təhqir eləmir?

4. Əlbətdə,  bu siyahını uzatmaq olar. Bu ailənin çoxlu sayda  qohum-əqrəbəsi var , bu gün Azərbaycanın əksər küçə və prospektləri onların adlarını daşıyır. İstər,  olsun Əziz Əliyev, ”öndərin” qaynatası, istər olsun bütün o biri ailə üzvləri, akademiklər, yaxud da o biri sahələrin “ulduzları” -şairlər, rəssamlar, dizaynerlər, müğənnilər və s. və i….

Və biz bunlarin reklamını hər gün onların əllərinin altındakı mediayadan görüb, feyziyab oluruq. Bu, sizi təhqir eləmir?

Vaxti ilə məhşur filosof belə bir söz deyib: ”Şərəf – vicdanin üzüdir, vicdan isə – daxili şərəf”. Məhz buna görə də, mən istədim hamımızdan soruşum:

Bəs,  bizim Azərbaycanımızda şərəf və vicdanımız bu gün  haralardadır?!

Ana səhifəMənim FikrimcəBu, sizi təhqir eləmir?