Bir gündə 38 nəfər koronavirusdan ölüb

Dekabrın 26-da Nazirlər Kabineti pandemiya ilə əlaqədar təhsil müəssisələrində distant təhsilin müddətini 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadılması haqda qərar qəbul edib.

Source: Reuters


Günlük infeksiyaya yoluxma sayı 1428-dir

Dekabrın 26-da Azərbaycanda 1428 adam COVİD-19 infeksiyasına yoluxub, 4255 nəfər müalicə olunaraq sağalıb, 38 nəfər ölüb.

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 213 min 192 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 164 min 500 nəfər müalicə olunaraq sağalıb, 2454 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 46238 nəfərdir”.

Qərargah ötən müddətdə 2 milyon 141 min 798 testin aparıldığını qeyd edib:

“Bugünkü test sayı isə 12507-dir”.

Dekabrın 26-da Nazirlər Kabineti pandemiya ilə əlaqədar təhsil müəssisələrində distant təhsilin müddətini 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadılması haqda qərar qəbul edib.

Ana səhifəSosialBir gündə 38 nəfər koronavirusdan ölüb