Beynəlxalq təşkilatlar Xədicə İsmayılın işinə qoşulur

Avropa Məhkəməsi təşkilatlara yazılı qeydlərini təqdim etmək üçün vaxt verib

Source:


Avropa Məhkəməsi təşkilatlara yazılı qeydlərini təqdim etmək üçün vaxt verib

Hazırda həbsdə olan araşdırmaşı jurnalist Xədicə İsmayılın Avropa Konvensiyasının 5, 6.2, 10, 18-ci maddələrinin pozuntusu ilə bağlı işi üzrə bir sıra təşkilatlar üçüncü tərəf kimi işə qoşulmaq və yazılı qeydlərini vermək üçün Avropa Məhkəməsinə müraciət ediblər.

Bu haqda Meydan TV-yə Xədicə İsmayılın vəkili Fariz Namazlı  məlumat verib. Üçüncü tərəf olmaq istəyən təşkilatlar – “Article 19”, Beynəlxalq Media Dəstəyi (İnternational Media Support), Beynəlxalq PEN təşkilatı (PEN İnternational), İnsan hüquqları üzrə Beynəlxalq Əməkdaşlıq (İnternational Partnership for Human Rights) və Jurnalistləri Müdafiə Komitəsidir (The Committee to Protect Journalists).

Fariz Namazlı Avropa Məhkəməsinin həmin təşkilatların yazılı qeydlərini vermək üçün 2016-cı ilin yanvarın 19-na qədər vaxt verdiyini bildirib: “Bundan əlavə, BMT-nin fikir və ifadə azadlığı hüququnun müdafiəsi üzrə xüsusi məruzəçisi (The UN Special Rapporteur of the promotion and protection of the right to freedom of opinion and expression) də hazırki iş üzrə Avropa Məhkəməsinə öz yazılı qeydlərini göndərib. “Freedom Now”, İnsan Hüquqları üzrə Helsinki Fondu (Helsinki Foundation for Human Rights), İnsan Hüquqları Evi Fondu (Human Rights House Foundation) və İnsan Hüquqları üzrə Beynəlxalq Əməkdaşlıq (İnternational Partnership for Human Rights) təşkilatları da üçüncü tərəf kimi işə qoşulmaq üçün müraciət ediblər. Onlara öz qeydlərini təqdim etmək üçün 21 yanvar 2016-cı ilə qədər vaxt verilib”.

Ana səhifəXəbərlərBeynəlxalq təşkilatlar Xədicə İsmayılın işinə qoşulur