Beynəlxalq QHT koalisiyası Xədicə İsmayılla bağlı Avropa məhkəməsinə müraciət edib

”Bu, yalnız bir ədalətsizliyin aradan qaldırılması yox, həm də ümumilikdə KİV-ə böyük dəstək məqsədilə AİHM üçün mühüm fürsətdir”

Source:


”Bu, yalnız bir ədalətsizliyin aradan qaldırılması yox, həm də ümumilikdə KİV-ə böyük dəstək məqsədilə AİHM üçün mühüm fürsətdir”

PEN International və Privacy International başda olmaqla 14 beynəlxalq söz və ifadə azadlığı təşkilatı Azərbaycanda həbsdə olan jurnalist Xədicə İsmayılın işinə baxılması  ərəfəsində Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

“Azərbaycan hakimiyyətinin Xədicə İsmayılla çox pis davranışı son illər bu ölkədə söz və mətbuat azadlığının daim pozulmasından xəbər verir”, – Beynəlxalq PEN-klubun prezidenti Cennifer Klement bildirib.

“Bu, yalnız bir ədalətsizliyin aradan qaldırılması yox, həm də ümumilikdə KİV-ə böyük dəstək məqsədilə AİHM üçün mühüm fürsətdir”, – o qeyd edib.

X.İsmayıl 2015-ci ilin sentyabrında 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, bu, hakimiyyətin ali eşelonunda korrupsiya ilə bağlı jurnalistin hesabatına görə qisasdır.

“Xədicə İsmayıl ciddi təzyiqlərə məruz qalıb, onun mənzilində gizli videoçəkiliş aparılmaqla şəxsi həyatına müdaxilə edilib. Azərbaycan hakimiyyəti bu pozuntuları araşdırmayıb”, – Privacy International-ın  hüquq məsələləri üzrə əməkdaşı Kamila Qraham Vud deyib.

Avropa məhkəməsində X.İsmayılın maraqlarını tanınmış vəkil Amal Klunu müdafiə edəcək. İşə yaxın vaxtlarda baxılacaq. (


”Turan” IA


)

Ana səhifəXəbərlərBeynəlxalq QHT koalisiyası Xədicə İsmayılla bağlı Avropa məhkəməsinə müraciət edib