Belə alındı

ABŞ vitse-prezident Co Baydenin şəxsində Vaşinqtonda Nüvə Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyan etdiyi halda, Rusiya MDB-də əsas alıcısı olan Azərbaycana silah satışının vaxtını uzadıb

Source:


ABŞ vitse-prezident Co Baydenin şəxsində Vaşinqtonda Nüvə Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyan etdiyi halda, Rusiya MDB-də əsas alıcısı olan Azərbaycana silah satışının vaxtını uzadıb

Prezidentlikləri dövründə Qarabağ cəbhəsində düşmən qoşunlarının ən ağır döyüş qarşıdurması haqqında xəbər aldıqları zaman Azərbaycan və Ermənistan prezidentləri Vaşinqtondan vətənə dönüş yolunda idilər

Müxtəlif qiymətləndirmələrə görə, bu qarşıdurmalar hər iki tərəfdən onlarla əsgərin həyatına son qoyub. Qısamüddətli hərbi toqquşmaların dinamikası son on ildə dondurulmuş Qarabağ münaqişəsi zonasında gərginliyin artdığını göstərir. Xüsusən, Azərbaycanın Xəzər neftinin satışından gələn həddindən artıq böyük gəlir sayəsində güclənməyə başladıqdan sonra.

Bütün bu müddət ərzində Azərbaycan ordusunun hərbi gücünün və Qaradəniz-Xəzər regionunda əsas əlaqələndirici oyunçu kimi ölkənin nüfuzunun artmasına dayanaraq, prezident İlham Əliyevin hərbi ritorikası artan xətt üzrə səslənirdi.

Bu təmayül 1994-cü ildə Azərbaycanla atəşkəs imzaladıqdan sonra Ermənistanın nüfuzunun azalması ilə paralel gedirdi. Azərbaycan ərazilərinin 20%-ni işğal etmiş Ermənistanın Pirr qələbəsi Bakının Azərbaycanın öz sərhədlərinin bərpa edilməsi uğrunda uzun sürən, amma nəticəsiz qalan mübarizəsinin əsasını təşkil edən strateji əhəmiyyət kəsb edən əsrin neft  müqaviləsinin bağlamasına yol açdı.

Regionda iki mühüm xarici oyunçu – ABŞ və Rusiya münaqişənin davam etdiyi dövr ərzində – həm atəşkəsə qədər, həm də ondan sonra – onun inkişafına təsir göstərirdi. Maraqlarının münaqişəsinə baxmayaraq, hər iki dövlət təmas nöqtəsi tapırdı, ilk növbədə də iqtisadi təhlükəsizlik sahəsində. Bu mənada ABŞ üçün energetika və Qərb-Şərq nəqliyyat dəhlizi, Rusiya üçün isə silah bazarı və perspektivli Şimal-Cənub dəhlizi prioritet idi.

Regionun perspektiv mənzərəsini müəyyən edən bu nüfuzlu layihələr inkişaf etdikcə Azərbaycanın nüfuzu artır, Qafqaz kommunikasiyalarından kənarda qalan Ermənistanın nüfuzu isə azalır. Və bu təmayül irəliləməkdə davam edir, Azərbaycandan keçən iki strateji nəqliyyat dəhlizinin işə salınması ərəfəsində xüsusilə güclənir.

Belə olan halda Qarabağ münaqişəsi xarici oyunçuların regionda öz maraqlarını təşviq etmək üçün daha az istifadə etdikləri regional anaxronizmə çevrilir.

Belə alınıb ki, ABŞ vitse-prezident Co Baydenin şəxsində Vaşinqtonda Nüvə Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyan etdiyi halda, Rusiya MDB-də əsas alıcısı olan Azərbaycana silah satışının vaxtını uzadıb.

Belə alınıb ki, Qarabağda hazırki döyüş qarşıdurması Rusiya baş nazirinin silahlara nəzarət edən müavini Dmitri Roqozinin Bakıya səfərindən üç həftə sonra baş verib, müdafiə naziri Sergey Şoyqunun Bakıya səfərindən üç həftə sonra – 12 noyabr 2014-cü ildə erməni helikopterinin vurulması zamanı olduğu kimi.

Belə alınıb ki, Qarabağ istiqamətində artilleriya atışması Cənub-Şimal nəqliyyat dəhlizində yeni dövrün başlanğıcını qoya biləcək Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin Bakıda keçiriləcək görüşündən bir həftə əvvəl baş verib.

Üst-üstə düşən maraqların və regional kommunikasiyaların əhəmiyyətinin artması şəraitində, əvvəlki döyüş təcrübəsindən də göründüyü kimi,  permanent döyüşlərin daimi döyüşlərə keçməsini, gözləməyə dəyməz. Münaqişə tarixinin hərbi təmayülün sürətləndiyini göstərdiyi isə başqa məsələdir. Bu təmayül hər iki ölkənin, xüsusən də Pirr qalibi sindromunun təsiri altında olan Ermənistanın sülhə məcbur edilməsi siyasətinin konturlarını getdikcə daha çox formalaşdırır.

Ana səhifəXəbərlərBelə alındı