Mənbə: Reuters

Bayden Rusiyaya qarşı sanksiyaların qoyulması haqda fərman imzalayıb

Məqalə Novaya Qazeta saytında dərc olunub.

Avropa İttifaqı ölkələri Birləşmiş Ştatlarla həmrəy olduğunu bildirib ABŞ Prezidenti Co Bayden dövlət rəhbəri seçkilərinə müdaxilə və Amerika dövlət strukturlarının IT sistemlərinə kiber hücumlarla əlaqəsi olan Rusiya şirkətlərinə və fiziki şəxslərə sanksiya qoyulması barədə fərmana qol çəkib. Bu barədə Ağ Ev məlumat yayıb.

Sanksiya siyahısına 6 Rusiya texnologiya şirkəti və təşkilatı düşüb. Vaşinqtonun məlumatına görə, həmin şirkət və təşkilatlar 2020-ci ilin dekabr ayında baş vermiş haker hücumlarla əlaqəli ola bilər. Bunlar “ERA” hərbi innovasiya texnopolisi, “Pasit”, “Neobit”, AST, Positive Technologies şirkətləri, ixtisaslaşdırılmış müdafiə və avtomatika hesablama cihazları elmi tədqiqat institutudur.

Bundan başqa, 32 fiziki və hüquqi şəxslərə məhdudiyyətlər qoyulub. Belə ki onlar seçkilərə müdaxilə ilə əlaqəli ola bilərlər. Daha səkkiz şirkət və fiziki şəxs Krım məsələsinə görə sanksiya siyahısına düşüb.

Amerikanın Maliyyə Nazirliyi öz kompaniyası ilə iyunun 14-dən sonra Rusiya Maliyyə Nazirliyi, Milli Rifah Fondu və ya Mərkəzi Bankın buraxdığı borc öhdəliklərini birbaşa əldə etməyə qadağa qoyub. Vaşinqton həmçinin Rusiya diplomatik missiyasının 10 əməkdaşını geri göndərir. “Heyətin tərkibinə Rusiya xüsusi xidmətinin nümayəndələri daxildir”, – Ağ Evdə bu qərarı belə izah ediblər. Rusiya rublu sanksiya barədə xəbərlər fonunda ucuzlaşmağa başlayıb. Ağ Evin xəbərindən sonra dollar 1,23 rubla, avro isə 1,33 rubla qalxıb. Daha sonra Rusiya rublunun qiyməti qismən tarazlaşıb, lakin tədricən ucuzlaşmağa davam edir.

Baydenin fərmanı dərc olunduqdan sonra Avropa İttifaqı ölkələri Birləşmiş Ştatlarla həmrəy olduğunu bildirib. NATO üzrə müttəfiqlər həmçinin Moskvanın “sabitliyi pozan fəaliyyətinə cavab olaraq” sanksiyaların tətbiq edilməsi ilə bağlı Amerika rəhbərini dəstəkləyib.

Bununla bağlı olaraq, Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyadakı səfirini Smolensk meydanına çağırıb. Diplomatik qurumun rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, onu “ağır söhbət” gözləyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/48quce

Ən çox baxılan