Bax, buna görə də, bu, mənim savaşım deyil

Sosial şəbəkələrdən seçmələr

Source:


Sosial şəbəkələrdən seçmələr



Epress.am  sosial şəbəkələrdən bəzi statusları seçərək təqdim edib. Ermənistan ictimaiyyətinin müharibə haqdakı fikirlərini göstərmək məqsədilə Meydan TV həmin seçmələri tərcümə edib:

–  Bu axmaq müharibədə çoxu (xüsusilə təmas xəttndən çox uzaqda olanlar) öz insanlıqlarını itirir, öldürülən əsgərlərn şəkillərindən ilhama gəlir, bu şəkilləri yayır, ölüm saylarını futbol oyununun nəticəsi kimi hesablayırlar. Belə vəziyyətdə (söhbət əsasən nifrət və millətçiliklə dolu şəkillər, yazılar yayanllardan gedir) bir dəqiqə dayanın və dərk etməyə çalışın ki, bundan sonra müharibə sizin üçün – sırf özünümüdafiə strateqiyası, ya da müstəsna vəziyyət deyil, (o vəziyyət ki, biz ümid edirik, tezliklə sonu çatacaq, qurbanlar azalacaq), kök salmış patriarxal, hökmlü, qeyri-insani məkrdir, bu məkrin niyyəti insanları həyatlarından məhrum etmək, daha çox hakimiyyət əldə etmək, ətrafda hər şeyi udmaq, sonra da buna görə böyük qürur hissi yaşamaqdır. Müharibəni (həmişəki kimi) gözləyən, bu oyunu oynayan ağ, varlı, hakimiyyətdə olan adamlardır. Biz isə – mülkilər, əsgərlər, kişilər, qadınlar, yaşlılar, uşaqlar, hansı tərəfdə olduğumuzdan asılı olmayaraq, qubanlarıq. Mən bu vəziyyətdən iyrənirəm.

 ***

 – Bu, mənim savaşım deyi, bu, korrupsiyalaşmış dövlət mexanizminin savaşıdır. Siyasi qələbə, iqtisadi qələbə naminə savaş. Təsir, güc, pul uğrunda. Yaxşı maskalanmış vətənpərvərlik ritorikası altında. Mənə, sənə qalan ancaq günahsız insanlarımızın qurban getməyi olacaq. Müharibədə heç vaxt sadə insanlar qalib gəlmir. Elə buna görə də, bu, mənim savaşım deyil.

***

– Ölümlər, yaralanaraq əlil qalmış azərbaycanlı və erməni uşaqları (canlı qüvvə itkisi)… Sadə insanı özünə oxşayan birini, öz uşağına oxşayan uşağı öldürməyə nə vadar edir? Dövlət institutları, hərbi institutlar – o institutlar ki adamı maşınlara çevirir. Bu maşınları idarə edənlər necə öldürmək əmri verirlər? Kapitallarını və hakimiyyətlərini saxlamaq naminə. Onları nə idarə edir, onlara nələr diqtə edir? Böyük maşınları idarə edənlər, böyük kapitallarını və balaca maşınları qorumaq, idarə etmək, istehsal etmək naminə. Amma bütün bunların hamısı mənasızdır, fəlsəfi sualların, sentimentlərin, cinssiz mülahizələrin yeri deyil. İndi biz qoyun kimi birləşməli, ancaq RƏSMİ XƏBƏRLƏRİ YAYMALIYIQ! (ki, sistem çökməsin)

***

– Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Hovanisyanın bu cümləsi, doğrudan da, simptomatkdir: «Ermənistan KİV-lərinin dəqiq, balanslaşdırılmış davranışını xüsusi qeyd etmək istəyirəm, rəqibin informasiya tələsindən yan keçərək, ayıq, peşəkar mövqe göstərdilər. Bu, otən illərin fonunda ciddi inkişafdır». Bu, bir-birinin ardınca düzülmüş ayıq, milli, peşəkar sözlərinin mənasını başa düşə bilsəniz, xahiş edirəm, mənə də izah edin.

***

– Fövqəladə hallarda erməni KİV-ləri birinci, ikinci, üçüncü, dördüncü, beşinci..kanala çevrilir. EİRP1 isə (Ermənistan İdarəedici Respublikaçılar Partiyası) EİRP2, EİRP3, EİRP4, EİRP5-ə.. çevrilir. Niyə görəsən?

***

– Ux, biz 200 adam öldürmüşük, 18 nəfər də bizimkilərdən ölüb, neynək?! Hamısı Vətənçündür. Gedək, hamısını öldürək. Qanlarını içək. Ya da heç olmasa, Bakıda çay içərik. Biz haqlıyıq, qalan hamı haqsızdı. Bizim sözümüzə inanın, başqalarına yox, bizim sözlərimizi yayın, başqalarınınkıları yox. Biz hücum etmirik, bizə hücum olunur. Bizim Serjik bunu hakimiyyətdə qalmaqçün edir, onlarınkı yox. Nə sülh arzulayırsınız? Siz patetik qorxaqlarsınız. Sülh arzulamayın, çünki qana hərislik keçib-gedən şey deyil. Ət maşınının qurbanına çevrilin, Facebook-da, məsələn, mütləq yazacaqlar Ruhu Şad Olsun, ancaq ölümün heç kimə dərs olmayacaq.

Biz müharibənin qarşısını almaqçün inkişaf etməyə çalışmayacağıq, əksinə daha çox qan tökülməyə çalışacağıq. Əsgərimiz onlarınkıları qıracaq, ux! Bizimkilər də həlak olacaq, müharibədi də, Allah ruhlarına rahatlıq verər yəqin. Bizə də, onlara da silah satılacaq, sonra “fas!” əmri veriləcək. Üfunətin nə maneçiliyi var? Bizə deyəcəklər ki, bir az da qan tökülməlidir. Biz razılaşıb uşaqlarımızı ət maşınınına atacağıq. Hamısı Vətənçündür.

***

– Bilirsiniz də, ancaq şəxsi müdafiə deyilən şey var, dövlər müdafiəsi mifdir. Müdafiə Nazirliyi mətbuat xidmətinə çevrilib, prezident adlanan şəxsin, ümumiyyətlə, bu məsələlərə dəxli yoxdur, cəmiyyət martın 1-də yaşadıqlarının əvəzini ödəyir. Mən isti evimdə oturmuşam, əsirlikdən qaçan oğlunu itirmiş Yeranik nənə isə Varazbun kəndində oturub və bilmir sabaha sağ çıxacaq, yoxsa yox.

***

– Serj Sarqisyan başqa şeydən danışanda heç kim inanmaz, ancaq elə ki deyir, 18 şəhidimiz, 35 yaralımız var, Qarabağ Hərbi Qüvvələri vəziyyətə nəzarət edirlər, nədənsə hamı inanır. Elə bil bu, həmənki adam deyil, heç vaxt yalan danışmayıb, EİRP üzvləri isə ölkədə heç vaxt adam öldürməyiblər. Mən heç hər iki hakimiyyətin və beynəlxalq təşkilatların illərdi hər iki xalqı qoyun yerinə qoyub hadisələrin əsl səbəbləri haqda heç nə danışmamalarını demirəm.

***

– Uşaqlar, Azərbaycan kütləvi informasiya vasitələrinə inanmayın, ancaq erməni MTN-nə inanın.

***

– İmkan vermək olmaz ki, dövlətlər situasiyadan istifadə edib sərhədləri keçsinlər və vəzifələrindən sui-istifadə etsinlər.

Təkrar edirəm: Ermənistanda fövqəladə və ya hərbi vəziyyət elan olunmayıb, vətəndaşların hüquqları da məhdudlaşdırılmayıb, əsas da informasiya almaq hüququ.

Haqlarından danışdığına görə kimisə satqın adlandırmaqdansa, cəmiyyətdə belələrinin olmasını qiymətləndirmək lazımdı. Onların hesabına dövlət vəziyyətdən istifadə edib sizi informasiyasız qoya bilmir.

***

– Belə günlərdə Saşikin qardaşı Serjin necə sizin prezidentinizə çevrildiyini hiss edərsiniz.

***

– Bəzi ərazilər işğal olunanda bizə bu haqda rəsmi xəbər verilmədi. Görəsən başqa nələrdən xəbərimiz yoxdur?


– Hərbi hissələrin nömrələri, onların hərəkət istiqamətləri, komanda heyətinin ayaqqabı nömrələri, evcillərin ev telefonlarının nömrələri və s.


– Özün də başa düşürsən ki, fərqli şeylərdən danışırıq. Arirunun statuslarını yayın (Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi)

***

– Serj hamıdan yaxşı səfərbərlik edir.

***

  • – Öl, səni sevim,
  • – Öl, sənə medal verim.
  • – Öl, mən yenə deyim ki, “oğlan doğ, böyüyüb 18 yaşına çatsın, əsgər gedib ölsün, mən də deyim ki, afərin, afərin, afərin”.
  • Olmaz ki, sən həlak olmaqdansa yaşayasan, mən də səni sevməyim?
  • Sən mənim olmasan, ölkəni dağıdanlarçün həlak da olmazsan.

Ana səhifəXəbərlərBax, buna görə də, bu, mənim savaşım deyil