Bakıda Məşədi Dadaş məscidində Aşura (fotoreportaj)

Bakıda yerləşən Məşədi Dadaş məscidində Aşura mərasimi qeyd olunub.

Source: Мейдан ТВ

Sentyabrın 10-u hicri-qəməri təqvimi ilə Məhərrəm ayının onuncu günü, Aşuradır. Aşura günü ilə əlaqədar Azərbaycandakı məscidlərdə İmam Hüseyn əzadarlığı keçirilir.

Mərasimdə dini çıxış, Kərbəla hadisəsinin tarixçəsindən bəhs edilir, daha sonra mərsiyələr, nohələr oxunur, ehsanlar paylanılıb.

Bu il sentyabrın 1-i hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.

Məhəmməd peyğəmbərin nəvəsi, şiələrin üçüncü imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, dünyanın bir çox ölkəsində müsəlmanlar onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində (hazırda hicri təqvimi ilə 1439-cu ildir) Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır, əzadarlıq edirlər.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında (qətlə yetirilənlərin 40 mərasiminə görə) davam edir. Məhərrəm ayının 10-da Aşura hadisəsi – qətliam baş verib.

ashura-baku (16).jpg
ashura-baku (16).jpg
ashura-baku (15).jpg
ashura-baku (15).jpg
ashura-baku (12).jpg
ashura-baku (12).jpg
ashura-baku (11).jpg
ashura-baku (11).jpg
ashura-baku (9).jpg
ashura-baku (9).jpg
ashura-baku (8).jpg
ashura-baku (8).jpg
ashura-baku (7).jpg
ashura-baku (7).jpg
ashura-baku (6).jpg
ashura-baku (6).jpg
ashura-baku (4).jpg
ashura-baku (4).jpg
ashura-baku (3).jpg
ashura-baku (3).jpg
ashura-baku (2).jpg
ashura-baku (2).jpg
ashura-baku (1).jpg
ashura-baku (1).jpg
Ana səhifəFotoreportajBakıda Məşədi Dadaş məscidində Aşura (fotoreportaj)