Bakıda 16 mərtəbəli bina yandı (VİDEO)

Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın tam söndürülüb.

Meydan TV APA-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yanğın barədə məlumat saat 13:52-də daxil olub. Dərhal hadisə yerinə Nəsimi, Səbayel və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.

Ə.Novruzov qeyd edib ki, yanğın 6-cı mərtəbədən 16-cı mərtəbəyədək binanın alkopan üzlük hissəsində baş verib: “Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.

Qeyd edək ki, yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.

Ana səhifəVideoBakıda 16 mərtəbəli bina yandı (VİDEO)