“Bakı Yay Caz günləri” bərpa edilir

Mənbə: “medeniyyettv.az”

Festivalı amerikalı caz pianoçusu Emmet Kohen açacaq

Pandemiya ilə əlaqədar iki ildir ki, keçirilməyən “Bakı Yay Caz günləri” (“Baku Summer Jazz Days”) festivalı yenidən fəaliyyətini bərpa edir.

Festival 6-7 iyul tarixlərində reallaşacaq.

Tədbir çərçivəsində təşkil olunacaq konsertlər Heydər Əliyev Mərkəzinin parkında açıq havada olacaq.

İyulun 6-da festivalı amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açacaq.

İyulun 7-də proqram İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahinin kvarteti ilə davam edəcək.

İfaçı Bakıda Türkiyədən olan cazmenlərin çıxış edəcəyi məşhur “İstanbul Sessions” layihəsini təqdim edəcək.

Festivalda azərbaycanlı cazmenlərin də çıxışı olacaq.

Diana Hacıyeva, Firudin Həmidov da konsert proqramı ilə çıxış edəcəklər.

Festival Heydər Əliyev Mərkəzi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin təşkilatçılığı reallaşır.

Öncəki festivallarda İsveçrə, Fransa, İsrail, Gürcüstan, ABŞ, Türkiyə, Macarıstan, Rusiyadan təmsilçilər iştirak edib.

Festivalın proqramlarında Avichai Kohen, Erik Eruffaz, Jacky Terrasson, Stephane Belmondo, Nik West və bir çox musiqiçilər çıxış ediblər.

Konsertlərə giriş sərbəstdir.

Ana səhifəMədəniyyət“Bakı Yay Caz günləri” bərpa edilir