Bakı Xoreoqrafiya Akademiyasında tanqo dərsləri keçiriləcək

Konfransda çıxış edən Argentinanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Eduardo Kavayero festival haqqında məlumat verib.

Source: Specify Source


Bakı Beynəlxalq Tanqo Festivalı başlayır

Noyabrın 28-dən dekabrın 1-dək Bakıda Beynəlxalq Tanqo Festivalı keçiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd Argentina musiqisini Azərbaycanda tanıtmaqdır.

Bununla bağlı keçirilən mətbuat konfransında vurğulanıb ki, festivalda xüsusi qonaq qismində Argentinanın 2019-cu il dünya və Avropa çempionları Aqustina Piyacco, Maksim Saavedra, Tekla Qoqricyani (Argentina/Gürcüstan), Yakof Şonski və Maryam Rossa (Gürcüstan), Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) iştirak edəcəklər.

İzləyicilər həmçinin musiqiçi Viktor Hüqo Viyena və Lautaro Tisseranı da görə biləcək. Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Viyena dövrün ən yaxşı bandoneonçulardan biri hesab olunur. Lautaro Tissera isə müasir Argentina tanqosunda ən görkəmli gitara ifaçılarından biridir.

Konfransda çıxış edən Argentinanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Eduardo Kavayero festival haqqında məlumat verib. Bildirib ki, festivala yerli və əcnəbi tanqo məktəbləri cəlb olunub, bir çox tanqo ustaları festivala qatılmaq istəyiblər. Dünyanın İstanbul kimi məşhur şəhərlərində minlərlə insan bu rəqslə məşğul olur.

Bakı Xoreoqrafiya Akademiyasının şöbə müdiri, Əməkdar artist Sənan Hüseynli akademiyada artıq tanqo dərslərinin veriləcəyini söyləyib. Bildirib ki, festival yerli rəqqasların peşəkar istiqamətdə inkişafına böyük təkan verir. Vurğulayıb ki, akademiyada həmçinin tanqo üzrə ustad dərslər də təşkil olunacaq.

Ana səhifəMədəniyyətBakı Xoreoqrafiya Akademiyasında tanqo dərsləri keçiriləcək