
Mənbə: Foto: Meydan tv
Başlıq: "Festival yerli rəqqasların peşəkar istiqamətdə inkişafına böyük təkan verir"
Bakı Xoreoqrafiya Akademiyasında tanqo dərsləri keçiriləcək
Bakı Beynəlxalq Tanqo Festivalı başlayır
Noyabrın 28-dən dekabrın 1-dək Bakıda Beynəlxalq Tanqo Festivalı keçiriləcək.
Tədbirin keçirilməsində əsas məqsəd Argentina musiqisini Azərbaycanda tanıtmaqdır.
Bununla bağlı keçirilən mətbuat konfransında vurğulanıb ki, festivalda xüsusi qonaq qismində Argentinanın 2019-cu il dünya və Avropa çempionları Aqustina Piyacco, Maksim Saavedra, Tekla Qoqricyani (Argentina/Gürcüstan), Yakof Şonski və Maryam Rossa (Gürcüstan), Sesilia Akosta və Levan Qomelauri (Argentina/Gürcüstan) iştirak edəcəklər.
İzləyicilər həmçinin musiqiçi Viktor Hüqo Viyena və Lautaro Tisseranı da görə biləcək. Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Viyena dövrün ən yaxşı bandoneonçulardan biri hesab olunur. Lautaro Tissera isə müasir Argentina tanqosunda ən görkəmli gitara ifaçılarından biridir.
Konfransda çıxış edən Argentinanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Eduardo Kavayero festival haqqında məlumat verib. Bildirib ki, festivala yerli və əcnəbi tanqo məktəbləri cəlb olunub, bir çox tanqo ustaları festivala qatılmaq istəyiblər. Dünyanın İstanbul kimi məşhur şəhərlərində minlərlə insan bu rəqslə məşğul olur.
Bakı Xoreoqrafiya Akademiyasının şöbə müdiri, Əməkdar artist Sənan Hüseynli akademiyada artıq tanqo dərslərinin veriləcəyini söyləyib. Bildirib ki, festival yerli rəqqasların peşəkar istiqamətdə inkişafına böyük təkan verir. Vurğulayıb ki, akademiyada həmçinin tanqo üzrə ustad dərslər də təşkil olunacaq.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019