Mükafat

Mənbə: Foto: Meydan TV

Başlıq: Mükafat

Azərbaycanlı tenor Avstriyada mükafata layiq görülüb

Yusif Eyvazov bu mükafatı dünyanın müxtəlif opera səhnələrində çıxışlarına görə alıb

Azərbaycanın xalq artisti, tanınmış tenor Yusif Eyvazov Avstriyada klassik musiqi sahəsində nüfuzlu “Mədəniyyət üzrə Qran- Pri” (Grand Prix de la Culture) mükafatına layiq görülüb.

Gənc musiqiçiləri karyera pillələrində dəstəkləmək və incəsənət aləminin tanınmış sənətçilərini öz səhnə fəaliyyətinə görə qiymətləndirmək məqsədi daşıyan bu mükafat ”Wiener Privatbank SE” bankı və “Hollaender-Calix“ incəsənət agentliyinin birgə layihəsidir.

Azərbaycanlı tenor bu mükafata dünyanın müxtəlif opera səhnələrində çıxışları, yaratdığı obrazlar və mükəmməl səsinə görə layiq görülüb.

Yusif Eyvazov mükafatlandırma mərasimində təşkilatçılara onun sənətinə verilən qiymət və etimada görə təşəkkür edib.

Yusif Eyvazov

Yusif Eyvazov

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/epfrur

Ən çox baxılan