Azərbaycanda yenə 387 nəfər koronavirusa yoluxub

Operativ qərargah bu gün 6087 koronavirus testi aparıldığını qeyd edib.

Source: Reuters


Daha 4 nəfər həyatını itirdi

İyunun 14-də Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq evə buraxılıb, 4 xəstə isə ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu barədə yaydığı məlumatda Azərbaycanda hazırda 9957 nəfərin koronavirus infeksiyasına yoluxduğu bildirilib:

“Onlardan 5583 nəfər müalicə olunaraq sağalıb, 119 pasient ölüb, 4255 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunur”.

Operativ qərargah bu gün 6087 koronavirus testi aparıldığını qeyd edib.

Ana səhifə ▸ Sosial ▸ Azərbaycanda yenə 387 nəfər koronavirusa yoluxub