Azərbaycanda son sutkada koronavirus: 74 nəfər yoluxub

Qərargah son sutkada 4 160, hazırkı dövrədək isə 2 506 005 testin aparıldığını xatırladıb.

Source: Meydan TV


3 nəfərin vəfat etdiyi bildirilir

Fevralın 15-də Azərbaycanda 74 adam COVID-19 infeksiyasına yoluxub, 106 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah yaydığı məlumatda 3 nəfərin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyədək ümumilikdə 232 197 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib.

"Onlardan 226 760 nəfər müalicə olunaraq sağalıb, 3 183 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2 254 nəfərdir", – məlumatda bildirilir.

Qərargah son sutkada 4 160, hazırkı dövrədək isə 2 506 005 testin aparıldığını xatırladıb.

Ana səhifəSosialAzərbaycanda son sutkada koronavirus: 74 nəfər yoluxub