Azərbaycanda koronavirus: 27 xəstə vəfat edib

Source: Meydan TV

“2300 adam COVID-19 infeksiyasına yoluxub”

Oktyabrın 27-də Azərbaycanda 2300 adam COVID-19 infeksiyasına yoluxub, 1 248 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 27 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 522 368 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
“Onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 pasiyent ölüb. Aktiv xəstə sayı 27728 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, ötən müddətdə isə 5 144 208 testin aparıldığı göstərilib.

Ana səhifəXəbərlərAzərbaycanda koronavirus: 27 xəstə vəfat edib