Azərbaycanda koronavirusa yoluxma sayı – 4212

“Bugünkü test sayı isə 18420-dir”.

Source: Meydan TV


32 nəfər infeksiyadan həyatını itirib

Noyabrın 28-də Azərbaycanda 32 xəstə COVİD-19 infeksiyasından ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bir gündə 4212 adam yeni koronavirusa yoluxub, 1760 nəfər müalicə olunaraq sağalıb.

Operativ qərargah xatırladıb ki, Azərbaycanda indiyə qədər 114 min 25 nəfər COVİD-19 infeksiyasına yoluxub:

“Onlardan 71 min 691 nəfər müalicə olunaraq sağalıb, 1323 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 41011 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 1 milyon 700 min 654 testin aparıldığı qeyd olunub:

“Bugünkü test sayı isə 18420-dir”.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxma sayı – 4212