601 nəfərin sağaldığı, 5 nəfərin öldüyü bildirilir
Yanvarın 27-də Azərbaycanda 226 adam COVİD-19 infeksiyasına yoluxub, 601 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ Qərargah 5 nəfərin öldüyünü qeyd edib.
Qərargah Azərbaycanda indiyə qədər 229 min 584 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: “Onlardan 221 min 717 nəfər müalicə olunaraq sağalıb, 3105 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 4762 nəfərdir”.
O cümlədən, ötən müddətdə 2 milyon 380 min 74 test aparıldığı deyilir: "Bugünkü test sayı isə 7458-dir”.