Azərbaycanda koronavirus: bir gündə 191 nəfər yoluxub

“Bugünkü test sayı isə 7260-dır”.

Source: Meydan TV


3 nəfərin vəfat etdiyi bildirilir

Fevralın 12-də Azərbaycanda 191 nəfər COVİD-19 infeksiyasına yoluxub, 226 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, test nəticələri pozitiv çıxan 3 nəfər vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyədək 231 min 840 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 226 min 345 nəfər müalicə olunaraq sağalıb, 3173 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2322 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 485 min 483 testin aparıldığı qeyd olunub: "Bugünkü test sayı isə 7260-dır".

Ana səhifəSosialAzərbaycanda koronavirus: bir gündə 191 nəfər yoluxub