Azərbaycanda koronavirus: 154 yeni yoluxma

”Hazırda aktiv xəstə sayı 2 188 nəfərdir”.

Source: Meydan TV


2 nəfərin vəfat etdiyi bildirilir

Fevralın 17-də Azərbaycanda 154 nəfər COVID-19 infeksiyasına yoluxub, 165 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda 2 nəfərin koronavirus infeksiyasından vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyədək 232 491 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 227 116 nəfər müalicə olunaraq sağalıb, 3 187 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2 188 nəfərdir".

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 758, ötən müddətdə isə ümumilikdə 2 521 394 testin aparıldığını vurğulayıb.

Ana səhifəSosialAzərbaycanda koronavirus: 154 yeni yoluxma