Azərbaycanda daha bir nəfər koronavirusdan ölüb

Eyni zamanda, Azərbaycanda hazırda 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

Source: Reuters


Bu gün 104 nəfər virusa yoluxub

Mayın 12-də Azərbaycanda COVİD-19 infeksiyasına 104 yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq evə buraxılıb, 1 nəfər isə ölüb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ qərargah bildirib ki, 1943-cü il təvəllüdlü ölən şəxs arterial hipertoniya və şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Eyni zamanda, Azərbaycanda hazırda 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:

“Onlardan 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202.282 test aparılıb”

Ana səhifəSosialAzərbaycanda daha bir nəfər koronavirusdan ölüb