Azərbaycanda daha 2961 nəfər virusa yoluxdu

Operativ Qərargah son sutkada 14515, hazırkı dövrədək isə 2063754 testin aparıldığını qeyd edib

Source: Meydan TV


"35 xəstə ölüb"

Dekabrın 20-də Azərbaycanda 2961 adam COVİD-19 infeksiyasına yoluxub.

4317 nəfər müalicə olunaraq sağalıb, 35 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, Azərbaycanda indiyə qədər 202088 nəfər yeni koronavirus infeksiyasına yoluxub: “Onlardan 139779 nəfər müalicə olunaraq sağalıb, 2210 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 60099 nəfərdir”.

Operativ Qərargah son sutkada 14515, hazırkı dövrədək isə 2063754 testin aparıldığını qeyd edib.

Ana səhifə ▸ Sosial ▸ Azərbaycanda daha 2961 nəfər virusa yoluxdu