Azərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 544 oldu

Operativ qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6558, ötən müddət ərzində isə ümumilikdə 475 525 testin aparıldığını bildirib.

Source: Архив


Daha 8 pasiyent həyatını itirdi

İyunun 29-da Azərbaycanda 544 nəfər COVID-19 infeksiyasına yoluxub, 343 nəfər müalicə olunaraq evə buraxılıb, 8 xəstə isə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda qeyd olunub ki, indiyə qədər Azərbaycanda 16 968 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 pasiyent ölüb, 7393 xəstə isə xüsusi rejimli xəstəxanalardadır.

Operativ qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6558, ötən müddət ərzində isə ümumilikdə 475 525 testin aparıldığını bildirib.

Ana səhifəSosialAzərbaycanda bir gündə koronavirusa yoluxanların sayı 544 oldu