Azərbaycanda bir gündə 140 nəfər koronavirusa yoluxub

“Bugünkü test sayı isə 7315-dir”.

Foto: Meydan TV


3 nəfərin öldüyü deyilir

Fevralın 11-də Azərbaycanda 140 adam COVİD-19 infeksiyasına yoluxub, 205 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda 3 nəfərin öldüyü deyilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 231 min 649 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib: "Onlardan 226 min 119 nəfər müalicə olunaraq sağalıb, 3170 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2360 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 478 min 223 testin aparıldığını bildirib: "Bugünkü test sayı isə 7315-dir".

Ana səhifəSosialAzərbaycanda bir gündə 140 nəfər koronavirusa yoluxub