Azərbaycan Müdafiə Nazirliyi İranı terrorizmi dəstəkləməkdə günahlandırdı

Foto: Müdafiə Nazirliyi

“Ermənistanın dünyada iki əsas müttəfiqi var: biri Fransa, ikinci isə İrandır”

Azərbaycan Müdafiə Nazirliyi İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin açıqlamasına etiraz edib.

 “Nezajamedia.ir” Kiomərs Heydərlinin video-açıqlamasını yayıb. İranlı komandan ölkəsinin sionist ünsürlərin region ölkələrində mövcudluğuna dözməyəcəyini və buna qarşı çıxacağını deyib. Həmin məlumatda o da deyilir ki, Heydəri 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir.

Digər problem Azərbaycan və Ermənistan arasında gedən müharibə zamanı bölgəyə köçmüş suriyalı terrorçuların olmasıdır və İranda bu ünsürlərin bölgəni tərk etdiyinə dair heç bir əsaslı sübut yoxdur. Üçüncü problem regionda dövlət sərhədlərinin dəyişdirilməsinin qanunsuzluğudur. İran qonşu ölkələrin sərhədlərinə hörmətlə yanaşır və onların dəyişdirilməsinə imkan verməyəcək”, – Heydəri açıqlamasında deyir.

Kiomərs Heydəri. Foto: “hurseda.net”

Azərbaycan Müdafiə Nazirliyi isə K.Heydərinin fikirlərini cəfəng adlandırıb:

“O, eyni zamanda,  İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir”.

Nazirlik daha sonra bildirir ki, Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir:

Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir”.

Kiomərs Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır”,-deyə MN qeyd edib.

Məlumatda 44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama rədd edilir:

Bildiririk ki,  şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur”.

Ana səhifəSiyasətAzərbaycan Müdafiə Nazirliyi İranı terrorizmi dəstəkləməkdə günahlandırdı