Azərbaycan iki əsiri Ermənistana təhvil verib

Foto: Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Təhvil verilənlər sərhəddə toqquşma zamanı əsir götürülən şəxslər olub

Azərbaycan noyabrın 26-da erməni əsilli iki nəfəri Ermənistana təhvil verib.

Bu barədə “Azərtac” Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən məlumat yayıb.

Bildirilir ki, təhvil verilənlərdən 1993-cü il təvəllüdlü Arin Aramyan noyabrın 16-da dövlət sərhədində baş vermiş döyüş əməliyyatları zamanı yaralı vəziyyətdə saxlanılıb:

“Bu müddətdə Arin Aramyana zəruri tibbi yardım göstərilərək müalicəsi təşkil edilib”.

“Digər şəxs 2000-ci il təvəllüdlü Mihran Musaelyan isə Ağdam rayonunda Azərbaycan hərbi qulluqçularının xidmət etdiyi əraziyə daxil olarkən saxlanılıb. Araşdırmalar nəticəsində Mihran Musaelyanın mülki şəxs olduğu və yolu azaraq Azərbaycan ərazisinə daxil olduğu müəyyən edilib”, – deyə məlumatda qeyd olunur.

Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədinin Laçın rayon hissəsində hərbi toqquşlamalar baş verib.

Nəticədə hər iki tərəfdən itkilər olub. Azərbaycan tərəfi 7 nəfər hərbçisinin həlak olduğunu, 10 nəfərin isə yaralandığını bildirib.

Ermənistan Müdafi Nazirliyi isə 6 hərbçi itirdiyi haqda məlumat yayıb.

Ermənistanın Baş naziri noyabrın 16-da keçirdiyi mətbuat konfransında 32 nəfərin əsir düşdüyünü deyib.

Noyabrın 17-də Rusiya Cənub hərbi dairəsinin komandan müavini, general leytenant Rüstəm Muradov Bakıdan Yerevana 1 hərbçinin nəşini aparıb.

2 gün sonra Şuşada 3 erməni hərbçinin meyidi təhvil verilib.

Ana səhifəSiyasətAzərbaycan iki əsiri Ermənistana təhvil verib