“Azərbaycan hökuməti koronavirusdan siyasi repressiyalara haqq qazandırmaq üçün istifadə edir”

Sunna Evarstdottir bunu ölkənin Avropa Şurasındakı gələcəyi üçün yaxşı hal olmadığını söyləyib.

Foto: arxiv


Həmməruzəçi: “Belə görünür ki, Azərbaycan hökuməti yeni razılaşdırılmış siyasi repressiya dalğası başladıb"

Azərbaycan hökumətinin koronavirus pandemiyasından siyasi repressiyalara haqq qazandırmaq üçün istifadə etməsi Avropa Şurası Parlament Assambleyasının (PACE) həmməruzəçilərini qəzəbləndirib.



Amerikanın səsi

” yazır ki, həmməruzəçilər Sunna Evarsdottir, Sör Rocer Geyl və Stefan Şennak martın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı təbrikində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ölkədəki müxalifəti təcrid edəcəyinə işarə etməsinə münasibət bildirib.

"Azərbaycan hökumətinin rüsvayçı şəkildə koronavirus pandemiyasından ölkədə təzyiqlərə üzləşən siyasi müxalifətə qarşı yenidən təqiblər aparmaq üçün sui-istifadə etməsi məni heyrətləndirir və dəhşətə gətirir. Hər hansı dövlət başçısının ictimai sağlamlıqla bağlı fövqəladə vəziyyətdən hakimiyyətini gücləndirmək üçün sui-istifadə etməsi inanılmazdır".

Stefan Şennak bildirib: “İlham Əliyevin ölkəsindəki müxalifəti təsvir etmək üçün işlətdiyi sözlər və onları satqın “beşinci kolon” adlandırması son dərəcə qeyri-demokratikdir".

Belə görünür ki, Azərbaycan hökuməti yeni razılaşdırılmış siyasi repressiya dalğası başladıb.

Торгильда Сунна Эварсдоттир
Sunna Evarstdottir

"Bu cür ictimai fövqəladə vəziyyətin olduğu zamanlarda siyasətlə bağlı debat aparmaq və ictimaiyyət arasında informasiyanın azad axınını təmin etmək üçün siyasi plüralizm və məsuliyyətli ifadə azadlığı çox mühüm rol oynayır", – o əlavə edib.

Sunna Evarsdottir isə aparıcı müxalif siyasətçi Tofiq Yaqublunun xuliqanlıq ittihamı ilə həbs olmasına belə reaksiya verib:

"Mənim indiyədək eşitdiyim hər şey cənab Yaqubluya qarşı ittihamların uydurma olduğunu və onun yenidən siyasi məhbus olduğuna işarə edir. Belə görünür ki, Azərbaycan hökuməti yeni razılaşdırılmış siyasi repressiya dalğası başladıb".

Sunna Evarstdottir bunu ölkənin Avropa Şurasındakı gələcəyi üçün yaxşı hal olmadığını söyləyib.

Ana səhifəSiyasət“Azərbaycan hökuməti koronavirusdan siyasi repressiyalara haqq qazandırmaq üçün istifadə edir”