Azərbaycan “Eurovision-2022”nin finalında

Nadir Rüstəmli. Foto: “esctoday.com”

Nadir Rüstəmlinin səhnəyə neçə nömrə ilə çıxacağı məlum olub

Turində keçirilən “Eurovision-2022” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalının növbəti on finalçısı bəlli olub.

Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya və Serbiya finalda iştirak şansı qazanıb.

Beləliklə, finalda Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Rumıniya, Serbiya, İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova və Hollandiyadan olan iştirakçılar çıxış edəcəklər.

Final mərhələsinə keçən Azərbaycan təmsilçisi Nadir Rüstəmli səhnəyə 14 nömrə ilə çıxacaq.

O, “Fade to black” lirik balladasını oxuyacaq.

“Eurovision” mahnı müsabiqəsinin əsasını qoyan beş ölkə – Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və İtaliya, həmçinin bu il müsabiqəyə ev sahibliyi edən İtaliya yarımfinalda mübarizədən azad edilib.

Bu ölkələrin nümayəndələri birbaşa finalda çıxış edəcəklər.

26 ölkənin iştirak edəcəyi “Eurovision 2022” beynəlxalq mahnı müsabiqəsinin finalı mayın 14-də keçiriləcək.

Nadir Rüstəmli “İnstagram” səhifəsində göstərdikləri dəstəyə və sevgiyə görə hər kəsə təşəkkürünü bildirib.

Final mərhələsinə keçdiyi üçün özünü xoşbəxt hiss etdiyini, hissi keçirdiyini qeyd edib:

“Bu gecəni həmişəlik xatırlayacağam. Bunu yaşadığınız üçün hamınıza təşəkkür edirəm”.

Ana səhifəMədəniyyətAzərbaycan “Eurovision-2022”nin finalında