Azad Həsənov aclıq aksiyasına başlayacağını deyib

Müsavatçı məhkəmənin uzadılmasına etiraz edib

Source:


Müsavatçı məhkəmənin uzadılmasına etiraz edib

Müsavat Partiyasının fəalı, ağır durumda olan atasına baş çəkmək üçün ötən ilin oktyabrında Litvadan Bakıya gələn və həmin gün narkotik ittihamıyla həbs olunan Azad Həsənov məhkəməsinin uzadılmasına etiraz olaraq, aclıq aksiyasına başlayacağını bildirib. O, iyulun 22-də hakimlər İradə Həsənzadə, Azər Paşayev və Əhməd Quliyevə üz tutaraq deyib ki, ona qarşı yol verilən qanunsuzluqlara etiraz etmək üçün başqa yolu qalmayıb.

Məhkəmədə məlum olub ki, hakimin Bakı Şəhər Baş Polis İdarəsinə göndərdiyi sorğuya yenə cavab verilməyib.

Vəkilin daha bir vəsatəti isə Avropa Məhkəməsinin "Layıcov Azərbaycana qarşı" qərarı əsasında A.Həsənovun haqqındakı cinayət işinə xitam verilməsi, onun dərhal həbsdən azad edilməsi barədə vəsatət qaldırıb. Vəkilin sözlərinə görə, həmin qərarda Avropa Məhkəməsi Tacir Layıcovun tutulduğu yerdə yox, xeyli aparılandan sonra Zaqatala Rayon Polis Şöbəsində baxış keçirilməsini pozuntu kimi qiymətləndirib: "Əgər saxlandığı yerdə baxım keçirilməsinə mane olan vəziyyət yoxdursa, orada keçirilməlidir. Uzaq məsafəyə aparıb baxış keçirmək narkotikin sonradan atılmasına şübhə yaradır. Azad Həsənovun məhkəməsində dindirilən polislər də təsdiqlədi ki, saxlandığı yerdə baxışı mümkünsüz edən hal olmayıb. Amma onu Bakı Şəhər Baş Polis İdarəsinə aparıb, orada baxış keçiriblər".

Məhkəmə vəsatətlə bağlı qərar vermək üçün müşavirəyə gedib. Qərar iyulun 29-da açıqlanacaq.

2014-cü ildən Litvada siyasi mühacir kimi yaşayan A.Həsənov 2018-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Bakıya gəlib. Gəlişinin səbəbi isə atasının ağır durumu durumu olub. Elə həmin gün – oktabrın 11-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Ana səhifəXəbərlərAzad Həsənov aclıq aksiyasına başlayacağını deyib