“Abzas Media” bu ilin mayında 13 saylı Cəzaçəkmə Müəssisəsində vəfat edən informasiya və kommunikasiya texnologiyaları üzrə ekspert İlqar Əliyevin səs yazısı və məhkəmə sənədlərini yayıb. İlqar Əliyev “Abzas Media” əməkdaşlarının həbsi ilə başlayan dalğa vaxtı, 13 dekabrda saxlanılmışdı. Ona keçdiyi təlimlər barədə suallar versələr də, ənənəvi “narkotik” ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.